Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, Biləsuvar rayonunda qətl hadisəsi baş verib.
Məlumata görə, hadisə rayonun Nəsimi kəndində qeydə alınıb.
İlkin məlumata əsasən, kənd sakini, 26 yaşlı Milan Soltanlı ilə onun xalası oğlu, 22 yaşlı İlkin Mehtiyev arasında borca görə mübahisə yaranıb.
Mübahisə zamanı İ.Mehtiyev bıçaqla M.Soltanlıya xəsarət yetirib. Ağır xəsarət alan Milan xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Əməli törətməkdə şübhəli bilinən İ.Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.


