Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində, “Daçnik” adlanan ərazidə dənizdə bir nəfərin batdığı ehtimal edilir.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə sularda xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda yerləşən nəzarətsiz sahədə baş verib.
Məlumata əsasən, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dərhal əraziyə cəlb olunublar.
Hazırda 2000-ci il təvəllüdlü Kazımov Nizam Rüfət oğlunun batdığı ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə işləri davam etdirilir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.

