“Qafqazinfo”ya istinadən xəbər veririk ki, Milli Məclisin bugünkü plenar iclasında Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilənin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrin ardından sənəd səsverməyə qoyulub və ratifikasiya edilərək qəbul olunub.

