Sumqayıtda piyadanı avtomobil vurub-Video

Sumqayıtda piyadanı avtomobil vurub-Video

Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Xəbər Yerində “Report”a istinadən xəbər verir ki, hadisə sentyabrın 24-də saat 22:00 radələrində H.Z.Tağıyev qəsəbəsinin ərazisində qeydə alınıb.

Hadisə zamanı “Hyundai” markalı avtomobil yolu keçən piyadanı vurub. Ağır xəsarətlər alan şəxs hadisə yerində həyatını itirib.

Ölən şəxsin kimliyi məlum olub

Araşdırmalar zamanı ölən şəxsin Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Elxan Tofiq oğlu İsayev olduğu müəyyənləşib.

Məlumata görə, avtomobili 1997-ci il təvəllüdlü Xaçmaz rayon sakini Tural Camub oğlu Məhərrəmov idarə edib.

Qeyd edək ki, Elxan İsayev Vətən müharibəsinin iştirakçısı olub və döyüşlər zamanı yaralanıb.

Sakinlər yolda işıqlandırmanın olmadığını deyirlər

Baku TV-nin hadisə ilə bağlı hazırladığı materialda sakinlərin sözlərinə də yer verilib.

Sakinlərin bildirdiyinə görə, Elxan İsayev yemək üçün hərbi hissənin qarşısında yerləşən kafeyə gedib. Geri qayıdarkən onu avtomobil vurub.

Ərazidə işıqlandırmanın olmadığı da bildirilib. Sakinlər yolun qaranlıq olmasının həm piyadalar, həm də sürücülər üçün təhlükə yaratdığını qeyd ediblər.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir