Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, Laçın rayonunun Fingə kəndində minalardan təmizlənməmiş ərazidə traktor minaya düşüb.
Hadisə minalı ərazidə baş verib
Məlumata görə, traktorun idarə olunmasını Ağcabədi rayon sakini, 1992-ci il təvəllüdlü Ülfət Quliyev həyata keçirib.
Xəsarət alan olmayıb
Hadisə nəticəsində traktorun mina partlayışına məruz qalmasına baxmayaraq, sürücü xəsarət almayıb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

