Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) konqresi baş tutub.
Xəbər Yerində Xezerxeber.az-a istinadən xəbər verir ki, konqres çərçivəsində FIDE-nin rəhbər vəzifələrinə seçkilər keçirilib.
Timur Turlov FIDE-nin yeni prezidenti olub
Sentyabrın 26-da FIDE-nin yeni prezidenti müəyyənləşib. Gərgin mübarizənin ikinci turunda Timur Turlov 110 səs toplayaraq seçkidə qalib gəlib və növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının prezidenti seçilib.
Mahir Məmmədov vitse-prezident seçilib
Bu gün FIDE-nin digər rəhbər vəzifələri üzrə seçkilər və təyinatlar rəsmiləşdirilib.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.
Qeyd edək ki, Mahir Məmmədov ilk dəfə 2018-ci ildə FIDE-nin vitse-prezidenti seçilib. O, 2022-ci ildə keçirilən seçkilərdən sonra ikinci dəfə bu vəzifədə fəaliyyətini davam etdirmək hüququ qazanıb.


