Vətən müharibəsinin ilk günündə bir ailənin 5 üzvü həlak oldu

Vətən müharibəsinin ilk günündə bir ailənin 5 üzvü həlak oldu

Vətən müharibəsinin ilk günü Naftalan şəhərinə edilən ağır artilleriya hücumu bir ailənin həyatını alt-üst edib.

Xəbər Yerində Maraqlı Tv-ə istinadən xəbər verir ki, 2020-ci il sentyabrın 27-də erməni silahlı qüvvələri tərəfindən Naftalan şəhərinin yaşayış məntəqələrinin toplardan atəşə tutulması nəticəsində bir ailənin bir neçə üzvü həlak olub.

Həmin hücum nəticəsində baba Qurbanov Elbrus, nənə Qurbanova Şəfa, gəlinləri Əmirova Afaq, nəvələri Qurbanova Fidan və Qurbanova Şəhriyar həyatını itirib.

Bir neçə saniyə ərzində baş verən faciə ailənin həyatında sağalmaz iz buraxıb. Vətən müharibəsinin ilk günündə Naftalana edilən hücum zamanı mülki insanların həyatını itirməsi müharibənin ən ağır səhifələrindən biri kimi yadda qalıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir