Serbiya Prezidenti Aleksandar Vuçiç dövlət başçısı vəzifəsindən istefa verdiyini açıqlayıb.
Xəbər Yerində Reuters-ə istinadən xəbər verir ki, bununla da Vuçiçin ikinci və sonuncu beşillik prezidentlik müddəti başa çatıb. Bu qərar ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsinə hüquqi imkan yaradıb.
Parlament seçkiləri də keçiriləcək
Qeyd edək ki, Aleksandar Vuçiç daha əvvəl oktyabrın 25-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlamışdı.
O, həmin seçkidə baş nazir postuna namizəd olacağını da bildirib.

