Sentyabrın 29-da Bakının Yasamal rayonunun bir sıra ərazilərində aparılacaq təmir işləri səbəbindən elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Xəbər Yerində xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində təmir işləri həyata keçiriləcək.
Bu küçələrdə elektrik olmayacaq
Məlumata görə, saat 10:00-dan 13:00-dək aşağıdakı ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək:
- Azərbaycan prospekti;
- Əlövsət Quliyev küçəsi;
- İslam Səfərli küçəsi;
- Həzi Aslanov küçəsi;
- Lev Tolstoy küçəsi;
- Mirzə İbrahimov küçəsi;
- Süleyman Tağızadə küçəsi;
- Təbriz Xəlilbəyli küçəsi;
- Birinci Alatava yaşayış massivinin bir hissəsi.
“Azərişıq”dan bildirilib ki, təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

