Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidə ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib.
Dövlət başçısı məktubunda öz adından və Azərbaycan xalqı adından İraq Prezidentini və onun simasında bütün İraq xalqını ürəkdən təbrik edib, ən xoş arzularını çatdırıb.
İlham Əliyev dost xalqların mənafelərinə uyğun olaraq Azərbaycan-İraq dövlətlərarası əlaqələrinin daha da möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib.
Prezident İraqın dövlət başçısına möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar, dost İraq xalqına isə daim əmin-amanlıq və rifah arzulayıb.
Qeyd edək ki, təbrik məktubu 30 sentyabr 2026-cı il tarixində Bakı şəhərində imzalanıb.

