Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər Yerində xəbər verir ki, bu gün Vətən müharibəsi zamanı Gəncə şəhərinin Ermənistan tərəfindən ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür.

2020-ci il oktyabrın 5-də Ermənistan ərazisindən Gəncə istiqamətində raket atılıb.

Raket “Grand Qafqaz” Ticarət Kompleksinin yaxınlığına düşüb

Saat 21 radələrində atılan raket Gəncənin “Grand Qafqaz” Ticarət Kompleksinin yaxınlığına düşüb. Partlayış nəticəsində kompleksin binası tamamilə yararsız vəziyyətə düşüb.

Həmin gün Azərbaycan Müdafiə Nazirliyi Gəncə şəhərinin Ermənistan tərəfindən növbəti dəfə atəşə tutulması barədə məlumat yayıb.

Azərbaycan Baş Prokurorluğunun həmin tarixdə yaydığı açıqlamada isə bildirilib ki, oktyabrın 5-də saat 21 radələrində Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə etməklə Gəncə şəhərinin müxtəlif ərazilərinə top mərmiləri atıb.

Məlumata görə, Azərbaycan Ordusunun qətiyyətli tədbirləri nəticəsində Ermənistan silahlı birləşmələrinin terror cəhdinin qarşısı alınıb. Hücum nəticəsində mülki əhali arasında xəsarət alan olmayıb və mülki infrastruktur obyektlərinə ziyan dəyməyib.

Gəncə müharibə zamanı 5 dəfə atəşə tutulub

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri Gəncə şəhərinə ümumilikdə 5 dəfə – 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya ilə hücum edib.

Hücumlar nəticəsində 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir