Metroda relslərin arasında su niyə görünür? – Rəsmi AÇIQLAMA

Metroda relslərin arasında su niyə görünür? – Rəsmi AÇIQLAMA

Bakı Metropolitenində qatar yollarında tez-tez görünən suyun səbəbi açıqlanıb.

“Xəbər Yerində” nocomment.az-a istinadən xəbər verir ki, Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov sərnişinləri maraqlandıran məsələyə aydınlıq gətirib.

İki səbəb ola bilər

B.Məmmədovun sözlərinə görə, qatar yolunda suyun görünməsinin iki əsas səbəbi ola bilər.

O bildirib ki, su çox seyrək və ya dağınıq şəkildə müşahidə olunursa, bu, gecə saatlarında tunellərin və stansiya yollarının yuyulmasından sonra qalan su ola bilər.

Digər səbəb isə qrunt sularıdır.

B.Məmmədov qeyd edib ki, qrunt sularına stansiyalarda çox az rast gəlinir. Bəzən qatar tuneldə dayandıqda həmin suların səsini də eşitmək mümkündür.

Onun sözlərinə görə, qrunt suları mərkəzləşdirilmiş şəkildə müəyyən istiqamətə yönləndirilir və daha sonra şəhərin kanalizasiya xətlərinə vurulur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir