Amerikalı iş adamı İlon Maskın sərvəti “SpaceX” və “Tesla” şirkətlərinin səhmlərinin bahalaşması fonunda yenidən 1 trilyon dolları keçib.
Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, “Forbes”in hesablamalarına əsasən, Mask oktyabrın 5-də birja ticarəti ərzində sərvətini 30,6 milyard dollar artırıb.
Bununla da onun sərvəti təxminən 1 trilyon dollara çatıb. Mask dünyanın ən varlı şəxsi statusunu qoruyub. Amazon şirkətinin qurucusu Ceff Bezosun sərvəti isə 371,5 milyard dollar səviyyəsində qiymətləndirilir.
Qeyd edək ki, İlon Mask bu ilin iyununda dünyada sərvəti 1 trilyon dolları aşan ilk şəxs olmuşdu. Lakin “SpaceX” və “Tesla” səhmlərinin sonrakı ucuzlaşması nəticəsində o, bu statusunu qısa müddət sonra itirmişdi.
Səhmlərin yenidən bahalaşması Maskın sərvətini trilyon dollarlıq həddin üzərinə qaytarıb.

