324 namizəd prokurorluqda işləmək üçün imtahan verəcək

324 namizəd prokurorluqda işləmək üçün imtahan verəcək

“Xəbər Yerində” “Unikal”a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə oktyabrın 9-da prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

324 namizəd qeydiyyatdan keçib

Məlumata görə, imtahanda iştirak etmək üçün 324 namizəd qeydiyyatdan keçib.

İmtahan DİM-in elektron imtahanlar korpusunda – Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi 50 ünvanında, TÜRKPA-nın yaxınlığında elektron formada təşkil olunacaq.

Namizədlər hansı sənədləri təqdim etməlidir?

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in “Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı” xidməti vasitəsilə əldə edə bilərlər.

İmtahana gələrkən iştirakçılar şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni təqdim etməlidirlər.

Sənədlərdən hər hansı biri olmadıqda və ya təqdim edilən sənədlər arasında uyğunsuzluq aşkarlandıqda namizəd imtahana buraxılmayacaq.

Nəticələr nə vaxt açıqlanacaq?

İmtahan saat 10:00-da başlayacaq.

İştirakçılar imtahanı başa çatdırdıqda və ya onlara ayrılmış vaxt tamamlandıqda nəticələri ilə tanış ola biləcəklər.

İmtahanın nəticələri növbəti gün DİM-in rəsmi internet saytında da yerləşdiriləcək.

İmtahanın keçirilməsi qaydaları ilə bağlı ətraflı məlumat “Yaddaş kitabçası”nda əks olunub. Namizədlərə imtahandan əvvəl həmin kitabça ilə tanış olmaları tövsiyə edilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir