Binədə 24 yaşlı qadın küçədə bıçaqlanaraq öldürüldü – GÖRÜNTÜLƏR

Binədə 24 yaşlı qadın küçədə bıçaqlanaraq öldürüldü – GÖRÜNTÜLƏR

Xəzər rayonunun Binə qəsəbəsində 24 yaşlı qadının küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən saat 21 radələrində Ə.İsazadə küçəsində baş verib.

Hadisə anı avtobusda olan vətəndaşlardan biri tərəfindən pəncərədən mobil telefonla lentə alınıb.

Qadını yerə yıxaraq bıçaqladı

Görüntülərdən məlum olur ki, 1986-cı il təvəllüdlü Müseyib Əhmədov binanın qarşısında 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəni yerə yıxaraq ona çoxsaylı bıçaq xəsarətləri yetirib.

Hadisə şahidləri qadını onun əlindən çətinliklə alıblar. Ağır xəsarətlər alan Fatimə Rəhmanzadə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Həyat yoldaşı saxlanıldı

Fatimə Rəhmanzadəni bıçaqlayaraq öldürməkdə şübhəli bilinən həyat yoldaşı Müseyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb və hazırda araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir