İlham Əliyev Kambocanın Baş naziri Hun Maneti qarşılayıb

İlham Əliyev Kambocanın Baş naziri Hun Maneti qarşılayıb

Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri başlayıb. Bakıda onun rəsmi qarşılanma mərasimi keçirilib.

Xəbər Yerində President.az-a istinadən xəbər verir ki, oktyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Baş naziri Hun Maneti rəsmi mərasimlə qarşılayıb.

Fəxri qarovul dəstəsi düzülüb

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Kamboca Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Hun Manet qarşısında raport verib. Daha sonra Kamboca Krallığının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Nümayəndə heyətləri təqdim olunub

Fəxri qarovul dəstəsi hərbi marşın müşayiəti ilə Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin qarşısından keçib.

Rəsmi qarşılanma mərasiminin sonunda Azərbaycan nümayəndə heyətinin üzvləri Kambocanın Baş nazirinə, Kamboca nümayəndə heyətinin üzvləri isə Azərbaycan Prezidentinə təqdim olunublar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir