Şəkidən Bakıya gedən avtobus Ucarda yandı: 40-a yaxın sərnişin olub – VİDEO

Şəkidən Bakıya gedən avtobus Ucarda yandı: 40-a yaxın sərnişin olub – VİDEO

Şəkidən Bakıya hərəkət edən sərnişin avtobusu Ucar rayonunda qəfil alışaraq yanıb. Hadisə zamanı avtobusda 40-a yaxın sərnişin olub.

Xəbər Yerində Baku Tv-yə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Sərnişinlər avtobusdan düşərək xilas olublar

Sərnişinlərin sözlərinə görə, avtobusdan yanıq iyi gəlməyə başlayıb. Onlar sürücüyə bu barədə xəbərdarlıq ediblər. Avtobus dayandıqdan və sərnişinlər düşdükdən sonra arxa təkər hissəsində alovun başladığı məlum olub. Sərnişinlər dərhal avtobusdan uzaqlaşıblar.

Avtobusun yanğını söndürülüb

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb və alovun genişlənməsinin qarşısı alınıb.

Hadisə ilə əlaqədar yolun Bakı istiqamətində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Yanğın söndürüldükdən sonra avtomobillərin hərəkəti bərpa edilib.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir