Sərnişinlər həşərat dişləməsindən şikayətləndi – Reys ləğv edildi

Sərnişinlər həşərat dişləməsindən şikayətləndi – Reys ləğv edildi

Avstraliyanın “Qantas” aviaşirkətinə məxsus “Boeing 787 Dreamliner” təyyarəsində taxtabitilərin aşkarlanması səbəbindən Roma–Pert reysi ləğv edilib.

Xəbər Yerində BAKU.WS-ə istinadən xəbər verir ki, problem təyyarənin Pertdən Romaya təxminən 17 saat davam edən əvvəlki uçuşundan sonra üzə çıxıb. Bəzi sərnişinlər həşəratların onları dişlədiyini bildiriblər.

Aviaşirkətin açıqlamasına görə, şənbə günü həyata keçirilməsi planlaşdırılan Roma–Pert reysi ekonom sinifdəki bəzi oturacaqlarla bağlı problem aşkarlandıqdan sonra ləğv olunub.

Təyyarə ətraflı təmizlik və texniki baxışdan keçirilməsi üçün uçuşlardan müvəqqəti kənarlaşdırılıb.

“Qantas” yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyib. Bildirilib ki, hadisədən təsirlənən sərnişinlər üçün yerləşmə təmin edilib və onlar 48 saat ərzində alternativ reyslərə yönləndirilib.

Qeyd edək ki, taxtabitilər geyimlərdə, mebellərdə və yataq dəstlərində gizlənə bilən kiçik parazit həşəratlardır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir