FHN-də gənc kursantlar hərbi and içdi – Məzunlar yola salındı

FHN-də gənc kursantlar hərbi and içdi – Məzunlar yola salındı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında yeni qəbul olunan kursantların hərbi andiçmə və məzunların təntənəli buraxılış mərasimi keçirilib.

Xəbər Yerində xəbər verir ki, tədbir oktyabrın 13-də baş tutub. Mərasimdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, nazir müavinləri, qurumun məsul şəxsləri, FHN yanında İctimai Şuranın üzvləri, Akademiyanın müəllim və professor heyəti, kursantlar, onların valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdən əvvəl iştirakçılar Akademiyanın həyətində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkənin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbir çərçivəsində Akademiyaya yeni qəbul olunan kursantlar hərbi and içib, məzunların isə təntənəli buraxılışı keçirilib.

Mərasimdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov kursantları, məzunları və onların valideynlərini təbrik edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir