Azərbaycan Silahlı Qüvvələrinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Məhəddin Cavadov dünyasını dəyişib.
Xəbər Yerində xəbər verir ki, onun vəfatı barədə yaxınları məlumat veriblər.
Bildirilib ki, Məhəddin Cavadov bir neçə gün əvvəl bədbəxt hadisə ilə üzləşərək xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdiyi tibbi yardıma və müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Məhəddin Cavadov Azərbaycan Silahlı Qüvvələrinin veteranı olub və ehtiyatda olan polkovnik-leytenant rütbəsi daşıyıb.

