Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak edən dövlət və hökumət başçıları Azərbaycanın təşkilata sədrliyini və Prezident İlham Əliyevin rəhbərliyini yüksək qiymətləndiriblər.
Liderlər Azərbaycanın AQEM-in beynəlxalq nüfuzunun artırılması və fəaliyyətinin daha səmərəli təşkili istiqamətində verdiyi töhfələri xüsusi vurğulayıblar.

