Cənubi Koreyada yarımmarafon faciəsi: 25 yaşlı bloqer vəfat etdi

Cənubi Koreyada yarımmarafon faciəsi: 25 yaşlı bloqer vəfat etdi

Cənubi Koreyada keçirilən yarımmarafon zamanı faciə baş verib. 25 yaşlı bloqer Yu Ji Von finiş xəttinə cəmi 500 metr qalmış huşunu itirərək dünyasını dəyişib.

Xəbər Yerində İdman.biz-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 11-də Seulda təşkil olunan 21,1 kilometrlik yarımmarafon zamanı baş verib.

Həkimlər gənc qıza ilkin tibbi yardım göstərərək onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Marafonun təşkilatçıları hadisənin səbəblərinin ətraflı araşdırılacağını bildiriblər.

Qeyd edək ki, Yu Ji Von Koreya Qabaqcıl Texnologiyalar İnstitutunda (KAIST) magistr təhsili alırdı. O, süni intellekt və yarımkeçiricilər sahəsində tədqiqatlar aparır, asudə vaxtlarında isə idman bloqu idarə edirdi.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir