Huşsuz 70 yaşlı xəstəyə 40 dəqiqəlik zorakılıq iddiası – Sanitar işdən qovuldu

Huşsuz 70 yaşlı xəstəyə 40 dəqiqəlik zorakılıq iddiası – Sanitar işdən qovuldu

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar qadının köməksiz və huşsuz vəziyyətdə olan pasiyentə qarşı fiziki zorakılıq göstərdiyi bildirilir.

“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı qadının 70 yaşlı kişi pasiyenti təxminən 40 dəqiqə ərzində dayanmadan döydüyü iddia olunur. Bildirilir ki, sanitar huşsuz vəziyyətdə olan pasiyenti nalayiq ifadələrlə təhqir edib və ona fiziki şiddət göstərib.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından faktla bağlı bildirilib ki, aparılan araşdırma nəticəsində II Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində çalışan sanitar qadının stasionar müalicə alan, köməksiz və huşsuz vəziyyətdəki pasiyentə qarşı qeyri-etik davranışa və zorakılığa yol verdiyi müəyyən edilib.

Faktla əlaqədar müəssisənin Tibbi Şurasında iclas keçirilib. Əməkdaşın əmək funksiyalarını və peşə etikası qaydalarını kobud şəkildə pozması, həmçinin əvvəlki intizam tənbehləri nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 7 oktyabr 2026-cı il tarixindən xitam verilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir