Bakıda turistə restoranda hesabın ikiqat baha təqdim edildiyi iddia olunur – VİDEO

Bakıda turistə restoranda hesabın ikiqat baha təqdim edildiyi iddia olunur – VİDEO

Xarici turist Bakıda yerləşən “Atəşgah” restoranında ona menyuda göstərilən qiymətlərdən dəfələrlə yüksək hesab təqdim edildiyini iddia edib.

Xəbər Yerində Xəzər Xəbərə istinadən xəbər verir ki, turistin sözlərinə görə, Azərbaycan dilində sərbəst danışan yoldaşları turistlər üçün nəzərdə tutulmayan, adi menyunu istəyiblər. Onlar həmin menyuda göstərilən qiymətlərə uyğun sifariş veriblər.

Lakin hesab təqdim olunarkən hər yeməyin qiymətinin menyuda göstəriləndən iki dəfə baha hesablandığı bildirilib.

Turist qeyd edib ki, məsələni aydınlaşdırmaq üçün ofisianta müraciət edərək hesabın əvvəlcədən təqdim olunan menyudakı qiymətlərlə hesablanmasını xahiş ediblər.

“Bunun üçün düz 4 dəfə xahiş etdik. Hər dəfə gətirilən hesab əvvəlkindən 20 manat ucuz olsa da, yenə də sifariş verdiyimiz qiymətlərə uyğun gəlmirdi”, – deyə turist bildirib.

Qeyd edək ki, təqdim olunan məlumatda restoran rəhbərliyinin iddialara münasibəti yer almayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir