Xəbər Yerində “İdman.Biz”ə istinadən xəbər verir ki, voleybol üzrə “Turan” klubu bu gün tarixində ilk dəfə CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizəyə başlayacaq.
Cəmi bir il əvvəl yaradılan Tovuz təmsilçisi debüt mövsümündə Azərbaycan çempionu adını qazanaraq diqqətləri üzərinə çəkib. İndi isə komanda Avropanın ən nüfuzlu klub turnirlərindən birində gücünü sınamağa hazırlaşır.
“Turan”ın rəqibi Xorvatiyanın paytaxtı Zaqrebi təmsil edən “Mladost” klubudur.
Qarşılaşma Tovuz klubunun beynəlxalq arenada özünü göstərməsi və Azərbaycan voleybolunu təmsil etməsi baxımından mühüm əhəmiyyət daşıyır.

