Mübariz İbrahimovun şəhid olduğu postun azad edilməsində iştirak edən zabitə yeni rütbə

Mübariz İbrahimovun şəhid olduğu postun azad edilməsində iştirak edən zabitə yeni rütbə

Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib.

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, Xaliq İbrahimova 1-ci dərəcəli kapitan hərbi rütbəsi verilib.

Qeyd edək ki, 1-ci dərəcəli kapitan rütbəsi digər qoşun növlərindəki polkovnik rütbəsinə bərabərdir. Bu rütbədən sonrakı pillə kontr-admiral ali hərbi rütbəsidir.

Xaliq İbrahimov Vətən müharibəsi zamanı Sualtı Hücum Xüsusi Təyinatlı (SAT) dəstəsinin zabiti kimi xidmət edib. O, bir neçə rayonun, eləcə də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu postun azad edilməsi əməliyyatlarında iştirak edib.

Müharibədən sonra Prezidentin Sərəncamı ilə Xaliq İbrahimova Vətən Müharibəsi Qəhrəmanı adı verilib. O, həmçinin “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” və “Qubadlının azad edilməsinə görə” medalları ilə təltif olunub.

Hazırda 41 yaşlı Xaliq İbrahimov Hərbi Dəniz Qüvvələrinin tabeliyindəki hərbi hissələrdən birinin komandiridir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir