Bakıda təşkil olunacaq FIFA U-15 dünya çempionatı və festivalında oyunları idarə edəcək hakimlərin sayı açıqlanıb.
Xəbər Yerində xəbər verir ki, “Report”un sorğusuna cavab olaraq AFFA-nın mətbuat xidmətindən bildirilib ki, yarışda ümumilikdə 81 hakim fəaliyyət göstərəcək.
Onlardan 75-i yerli, 6-sı isə əcnəbi hakim olacaq. Xarici hakimlərin 3-ü Türkiyəni, digər 3-ü isə Gürcüstanı təmsil edəcək.
Bildirilib ki, Azərbaycan millisinin oyunlarını əcnəbi hakimlər idarə edəcəklər.
Qeyd edək ki, turnir Hövsan Yarış Kompleksində təşkil olunacaq. Mundialın açılış və final oyunları isə Bakı Kristal Zalında keçiriləcək.
Oktyabrın 24-də start götürəcək yarış oktyabrın 30-da başa çatacaq. Turnirdə 189 ölkənin iştirakı, ümumilikdə isə 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulur. Yarış dünyanın müxtəlif ölkələrindən olan yeniyetmə futbolçuları bir araya gətirəcək.

