Abşeron rayonunun Masazır qəsəbəsində velosiped oğurlamağa cəhd edən naməlum şəxs binanın su borusunu partladıb. Hadisə nəticəsində binanı su basıb, sakinlərə maddi ziyan dəyib.
Xəbər Yerində BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 21-də səhər saatlarında “Bağçalı Evlər” MTK-nın ərazisində qeydə alınıb.
Məlumata əsasən, velosipedi oğurlamağa cəhd edən şəxs binanın su borusuna zərər vurub. Nəticədə su borusu partlayıb və binanın daxilini su basıb.
Hadisə ilə bağlı araşdırma aparılır.

