Portuqaliyanın Portiman şəhərində keçirilən veteran cüdoçular arasında Avropa çempionatında Azərbaycan idmançıları daha iki medal əldə ediblər.
Xəbər Yerində Report-a istinadən xəbər verir ki, M4 yaş kateqoriyasında mübarizə aparan Elşən Kərimov (60 kq) və M5 kateqoriyasında çıxış edən Babək Hacıyev (60 kq) gümüş medala layiq görülüblər.
Qeyd edək ki, yarışın ilk günündə Fərhad Rəcəbli (90 kq) M8 yaş kateqoriyasında qızıl medal qazanıb. Bununla da təcrübəli cüdoçu 12-ci dəfə Avropa çempionu adını qazanıb.

