Səudiyyə Ərəbistanında raket həyəcanı: Məkkə və Mədinə vuruldu

Səudiyyə Ərəbistanında raket həyəcanı: Məkkə və Mədinə vuruldu

Yəməndəki husilərin atdığı iki ballistik raket zərərsizləşdirildikdən sonra onların qalıqları Səudiyyə Ərəbistanının bir neçə şəhərinə, o cümlədən Məkkə və Mədinəyə düşüb.

Xəbər Yerində Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi məlumat yayıb.

Qurumun açıqlamasına görə, Məkkə və Mədinə bölgələrində iki ballistik raketin qarşısı alındıqdan sonra onların qalıqları yerə düşüb.

Raket qalıqları, həmçinin Ciddə, Taif və Rabığ şəhərlərində də müşahidə olunub.

Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi hadisə ilə əlaqədar bütün zəruri təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir