Güclü yağış Pxuketi vurdu: avtomobillər suya qərq oldu

Güclü yağış Pxuketi vurdu: avtomobillər suya qərq oldu

Xəbər Yerində AzNews.az-a istinadən xəbər verir ki, Tailandın Pxuket adasında, Patonq çimərliyi ərazisində baş verən daşqın nəticəsində 100-dən çox ev su altında qalıb, binalara və avtomobillərə ziyan dəyib.

“Nation” portalının məlumatına görə, daşqın gecə saatlarında yağan güclü yağışdan sonra baş verib.

Daş, torpaq və palçıqla dolu su axını Patonqun Nanay məhəlləsinə dolub. Nəticədə dayanacaqda saxlanılan avtomobillər təkərlərinin üst hissəsinədək suya qərq olub, binaların birinci mərtəbələrini su basıb.

Tailandın Meteorologiya Departamenti ölkənin bir sıra ərazilərində güclü və çox güclü yağışlarla bağlı xəbərdarlıq edib.

Nəşrin məlumatına əsasən, ölkənin 20 əyalətində və paytaxt Banqkokda baş verən daşqınlar 336 472 təsərrüfata, yaxud 1 008 982 nəfərə təsir göstərib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir