Ermənistan parlamentində qalmaqal yaşandı – VİDEO

Ermənistan parlamentində qalmaqal yaşandı – VİDEO

Ermənistan parlamentinin iclası insidentlə başlayıb. Parlamentin spikeri Ruben Rubinyan müxalif “Güclü Ermənistan” fraksiyasının deputatı Edqar Kazaryanın mikrofonunu söndürüb və təhlükəsizlik əməkdaşlarını çağırıb.

Xəbər Yerində Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, E.Kazaryan parlament sədrinin deputatlarla davranışını tənqid edib. Buna cavab olaraq R.Rubinyan deputatın çıxışının iclasın gündəliyinə aid olmadığını bildirib və ondan danışmağı dayandırmağı tələb edib.

Lakin deputat çıxışını davam etdirib. Bundan sonra parlamentin spikeri təhlükəsizlik xidmətinin əməkdaşlarını çağıraraq onlardan E.Kazaryanın öz yerinə qayıtmasını tələb etmələrini istəyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir