Azərbaycan millisinin U-15 mundialında rəqibi bəlli oldu

Azərbaycan millisinin U-15 mundialında rəqibi bəlli oldu

Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisinin Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti rəqibi müəyyənləşib.

Xəbər Yerində Report-a istinadən xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili yığması ilə qarşılaşacaq.

Oyun oktyabrın 28-də Hövsan Yarış Kompleksində yerləşən 7B stadionunda keçiriləcək. Görüş saat 11:30-da başlayacaq.

Bu cütün qalibi növbəti mərhələdə Belarus – Cəbəllütariq qarşılaşmasının güclüsü ilə üz-üzə gələcək. Məğlub komanda isə həmin cütün uduzan tərəfi ilə qarşılaşacaq.

C Divizionunun digər oyunları:

  • 11:30 — Fransa – Trinidad və Tobaqo
  • 11:30 — Yaponiya – Mozambik
  • 11:30 — Benin – Kuba
  • 11:30 — Uqanda – Yəmən
  • 11:30 — Tunis – Namibiya
  • 11:30 — Nigeriya – Yeni Kaledoniya
  • 11:30 — İndoneziya – Moldova
  • 11:30 — Tailand – Əfqanıstan
  • 11:30 — Panama – Qazaxıstan
  • 11:30 — Honduras – Hindistan
  • 12:45 — Vyetnam – Ruanda
  • 12:45 — Macarıstan – Malavi
  • 12:45 — Lüksemburq – Liberiya
  • 12:45 — Şotlandiya – Nikaraqua

Xatırladaq ki, Azərbaycan millisi AF qrupunu üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb. Komanda Timor-Leste yığmasını 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Millimiz Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Beləliklə, yığma qrup mərhələsini 9 xalla tamamlayıb.

Təqvimə əsasən, oktyabrın 28-dən 30-dək Azərbaycan millisi daha beş oyunda meydana çıxacaq. Bununla da komandanın turnir çərçivəsində keçirdiyi qarşılaşmaların sayı 10-a çatacaq.

Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edir. Çempionat çərçivəsində ümumilikdə 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatının oyunları Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final qarşılaşması isə Bakı Kristal Zalında baş tutacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir