Azərbaycanda yeni Ombudsman seçiləcək

Azərbaycanda yeni Ombudsman seçiləcək

Azərbaycanda yeni İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) seçilməsi məsələsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə “Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında” məsələ daxil edilib.

Qeyd edək ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir.

Müvəkkilin səlahiyyət müddətinin başa çatmasına 30 gün qalmış Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis isə 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Xatırladaq ki, Səbinə Əliyeva 29 noyabr 2019-cu ildə Prezidentin təqdim etdiyi üç namizəd arasından Milli Məclis tərəfindən Ombudsman seçilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir