Azərbaycan cüdoçusu Balabəy Ağayev Birləşmiş Ərəb Əmirliklərində keçirilən Əbu-Dabi Böyük Dəbilqə turnirinin qalibi olub.
Xəbər Yerində “İdman.biz”ə istinadən xəbər verir ki, idmançımız final görüşündə Tacikistan təmsilçisi Loiq Kudbudinovu ipponla məğlub edərək qızıl medal qazanıb.
Beləliklə, Azərbaycan yığması Əbu-Dabi Böyük Dəbilqəsində ikinci qızıl medalını əldə edib.
Balabəy Ağayəvə uğurlar arzulayırıq!

