Deputat “Stop” sözünün yol nişanlarından çıxarılmasını təklif etdi

Deputat “Stop” sözünün yol nişanlarından çıxarılmasını təklif etdi

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, millət vəkili Hikmət Babaoğlu yol nişanlarında istifadə olunan “Stop” sözünün Azərbaycan dilindəki “dur” və ya “toxta” sözləri ilə əvəzlənməsini təklif edib.

Deputat bu barədə Bizim.Media-ya açıqlamasında danışıb.

O bildirib ki, “Stop” Azərbaycan dilinə məxsus söz deyil və onun əvəzinə milli sözlərdən istifadə etmək daha məqsədəuyğun olardı.

Hikmət Babaoğlu “dur” sözünün əmr formasında olduğunu və hərəkətin davamlılığı ilə bağlı məna ifadə etmədiyini vurğulayıb. Onun fikrincə, “toxta” sözü isə daha geniş semantik çalar daşıyır:

“Aydındır ki, “stop” bizim sözümüz deyil. “Dur” əmr formasındadır və burada hərəkətin davamlılığı ifadə olunmur. Amma onun əvəzinə “toxta” sözünü işlətsək, bu sözdə hərəkətin davamı ilə bağlı müəyyən semantik çalar da var. Yəni dayan, nəfəsini dər və sonra hərəkətinə davam et. Beləliklə, üç semantik məna bir sözdə cəmləşir. Bəlkə, yol hərəkətini tənzimləyən nişanlarda da bu sözlərə qayıdaq? Axı bu, bizim öz sözümüzdür”.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir