Gənc Azərbaycan çempionu qəfil vəfat etdi

Gənc Azərbaycan çempionu qəfil vəfat etdi

Azərbaycanda gənc idmançı, atlet Həvva Yambulatova qəfil vəfat edib.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə idmançının üzvü olduğu “Shusha Climbers” klubu məlumat yayıb.

Bildirilib ki, yeniyetmələr arasında Azərbaycan çempionu olan Həvva Yambulatova 17 yaşında dünyasını dəyişib. Onun meyiti yaşadığı evdə aşkarlanıb.

Gənc idmançının hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil.

Qeyd edək ki, Həvva Yambulatova 2026-cı ilin sentyabrında yeniyetmə və gənclər arasında boulderinq üzrə keçirilən ölkə birinciliyində qızıl medal qazanaraq Azərbaycan çempionu olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir