AFFA iki klubu 2500 manat cərimələdi – Səbəb meydana kənar şəxslərin daxil olmasıdır

AFFA iki klubu 2500 manat cərimələdi – Səbəb meydana kənar şəxslərin daxil olmasıdır

Xəbər Yerində Report-a istinadən xəbər verir ki, Misli Premyer Liqasının X turunda baş verən qayda pozuntularına görə bir neçə kluba maliyyə sanksiyası tətbiq edilib.

AFFA İntizam Komitəsinin qərarına əsasən, “Şamaxı” və “Turan Tovuz” klubları meydana kənar şəxslərin daxil olmasına görə hər biri 2500 manat cərimələnib.

Belə ki, noyabrın 1-də keçirilən “Şamaxı” – “Neftçi” matçının fasiləsində meydana kənar şəxslərin daxil olması şamaxılıların cərimələnməsi ilə nəticələnib.

Həmin görüşdə “Neftçi” klubunun fotoqrafı əsasnamənin tələblərini pozduğuna görə Bakı təmsilçisi 500 manat cərimə olunub.

Noyabrın 2-də baş tutan “Sumqayıt” – “Şəfa” qarşılaşmasında isə 5 futbolçusu sarı vərəqə alan qonaq komanda 700 manat cərimələnib.

Oktyabrın 30-da keçirilən “Turan Tovuz” – “Sabah” matçından sonra meydana kənar şəxsin daxil olması Tovuz klubuna 2500 manat cərimə ilə nəticələnib.

Bundan əlavə, həmin oyunda 5 futbolçusu sarı vərəqə alan “Sabah” klubu da 700 manat cərimələnib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir