Afət Fərman qızını ağır cinayətdə ittiham etmişdi – blogerə qarşı iş açıldı

Afət Fərman qızını ağır cinayətdə ittiham etmişdi – blogerə qarşı iş açıldı

Xəbər Yerində “Unikal.az”a istinadən xəbər verir ki, bloger Sevinc Hüseynova barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət əsasında məhkəmə qərarı qəbul edilib.

Məlumata görə, bu barədə “Bakı Şəhəri 5 saylı” Vəkil Bürosunun vəkili Asim Abbasov məlumat verib.

Məhkəmədə şikayətə baxılıb

Vəkilin sözlərinə əsasən, bu gün Füzuli Rayon Məhkəməsində müğənni Afət Fərman qızının bloger Sevinc Hüseynova ilə bağlı xüsusi ittiham qaydasında təqdim etdiyi şikayətə baxılıb.

Məhkəmə araşdırmasının yekununda qərar qəbul olunub.

İki maddə ilə ittiham irəli sürülüb

Qərara əsasən, Sevinc Hüseynova müğənni Afət Fərman qızına qarşı kütləvi informasiya vasitələrində böhtan xarakterli məlumatlar yaymaqda, o cümlədən onu xüsusilə ağır cinayət törətməkdə ittiham etməkdə, həmçinin nalayiq ifadələr işlətməklə təhqir etməkdə və şərəf və ləyaqətini alçaltmaqda ittiham olunur.

Bununla əlaqədar bloger Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayət törətməkdə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir