AZAL və “Sea Breeze” lotereyasının baş mükafatı sahibini tapdı

AZAL və “Sea Breeze” lotereyasının baş mükafatı sahibini tapdı

“AZAL Miles” lotereyasında mənzil qazanan bəlli oldu

“Azərbaycan Hava Yolları” (AZAL) və “Sea Breeze”in birgə təşkil etdiyi “Səma və Dəniz” lotereyasının baş mükafatı sahibini tapıb. Qalib “Sea Breeze Resort” ərazisində yerləşən “Park Lane” yaşayış kompleksində mənzil qazanıb.

Xəbər Yerində Unikal-a istinadən xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 28-də canlı yayımda keçirilən elektron tirajın nəticələrinə əsasən, ümumilikdə 100 iştirakçı lotereyanın qalibi olub. Baş mükafat olan mənzillə yanaşı, mükafat fondunda uçuş milləri, “ABB–AZAL Miles Co-brand Infinite” və “Platinum” kartları, “Crocus Fitness Baku”da birillik abunəliklər, eləcə də “Aghalarov Rest” restoranlar şəbəkəsinin hədiyyə kuponları yer alıb.

“AZAL Miles” loyallıq proqramının üzvləri arasında keçirilən kampaniya 8 iyul–8 sentyabr tarixlərini əhatə edib. İştirakçılar aviabilet alışı, millərin toplanması və istifadəsi, həmçinin lotereyanın şərtlərində nəzərdə tutulan digər əməliyyatlar vasitəsilə uduş şansları əldə ediblər.

Lotereyada iştirak etmək üçün “AZAL Miles” üzvlərinin şəxsi kabinetləri vasitəsilə kampaniyaya qoşulması tələb olunub.

Bütün qaliblərin siyahısı ilə AZAL-ın rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir