Azərbaycan və Ermənistan Trampı Nobel Sülh Mükafatına namizəd göstərib

Azərbaycan və Ermənistan Trampı Nobel Sülh Mükafatına namizəd göstərib

Xəbər Yerində Azərtac-a istinadən xəbər verir ki, Prezident Donald Tramp 2025-ci il avqustun 8-də ev sahibliyi etdiyi Vaşinqton Sülh Sammitində Azərbaycan və Ermənistan arasında sülhün irəlilədilməsində tarixi rol oynayıb.

Bu barədə Prezident İlham Əliyevin “X” sosial şəbəkə hesabında paylaşım edilib.

Dövlət başçısı bildirib ki, Trampın sülh prosesinə verdiyi mühüm töhfənin tanınması məqsədilə onun təşəbbüsü ilə Azərbaycan və Ermənistan Prezidenti Donald Trampı Nobel Sülh Mükafatına birgə namizəd göstərib.

“Biz Prezident Trampın regionumuzda davamlı sülhün təmin olunması istiqamətində göstərdiyi tarixi səylərin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə səmimi-qəlbdən ümid edirik”, – İlham Əliyev qeyd edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir