Azərbaycanda PUA-larla bağlı qanun dəyişir: Milli Məclis yeni düzəlişi qəbul etdi
Azərbaycanda pilotsuz uçuş aparatları (PUA) ilə bağlı qanunvericiliyə dəyişiklik edilib.
“Qafqazinfo”dan əldə etdiyimiz xəbərə görə, bununla bağlı “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrin yekununda qanun layihəsi səsverməyə qoyulub və üçüncü oxunuşda qəbul edilib.
Qəbul olunan dəyişiklik pilotsuz uçuş aparatları ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir.

