Ağcabədi rayonunda balıq tutmağa gedən kişi göldə boğularaq həyatını itirib.
Xəbər Yerində “Unikal”a istinadən xəbər verir ki, hadisə rayonun Taxta Körpü ərazisində yerləşən göldə baş verib.
Belə ki, Laçın rayonunun Fingə kənd sakini, 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub.
Onun meyiti ərazidən keçən sakinlər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

