Braziliyada prezident seçkiləri başlayıb

Braziliyada prezident seçkiləri başlayıb

“Xəbər Yerində” Apa-ya istinadən xəbər verir ki, Braziliyada prezident seçkiləri keçirilir. Əsas mübarizə hazırkı Prezident Luis İnasio Lula da Silva ilə keçmiş Prezident Jair Bolsonaronun oğlu, senator Flavio Bolsonaro arasında gedir.

Təxminən 159 milyon seçicinin səsvermə hüququ var. Namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməsə, ən çox səs alan iki namizəd oktyabrın 25-də keçiriləcək ikinci tura çıxacaq.

Lula dördüncü dəfə prezident olmaq istəyir

80 yaşlı Lula da Silva dördüncü dəfə Braziliya Prezidenti seçilməyə çalışır. Onun əsas rəqibi 45 yaşlı Flavio Bolsonaro isə ABŞ Prezidenti Donald Trampın müttəfiqi kimi tanınır.

Flavio Bolsonaro hakimiyyətə gələcəyi təqdirdə Vaşinqtonla, xüsusilə nadir minerallar sahəsində daha sərfəli razılaşmalar əldə etməyə çalışacağını bildirib.

Lula ABŞ-nin müdaxiləsinə qarşıdır

Lula isə ABŞ-nin Braziliyanın daxili siyasətinə mümkün müdaxiləsini tənqid edib. O, ölkənin suverenliyini seçki kampaniyasının əsas mövzularından birinə çevirib.

Hazırkı prezident eyni zamanda Çinlə münasibətlərin daha da gücləndirilməsinin tərəfdarıdır.

Flavio Bolsonaro atasını azad etməyə söz verib

Flavio Bolsonaro seçkilərdə qalib gələcəyi təqdirdə dövlət çevrilişinə cəhddə ittiham olunaraq 27 il həbs cəzasına məhkum edilən atası Jair Bolsonaronun azadlığa buraxılması üçün çalışacağını vəd edib.

Prezident seçkiləri ilə yanaşı, braziliyalılar 27 ştatın qubernatorlarını, 513 federal deputatı və 81 senatordan 54-nü də seçirlər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir