Bu gündən Bakının bəzi ərazilərində su kəsilir

Bu gündən Bakının bəzi ərazilərində su kəsilir

Oktyabrın 19-dan 21-dək Bakının Nizami rayonunun bəzi ərazilərində su təchizatında fasilə yaranacaq.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, suyun verilməsində yaranacaq fasilə su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı texniki şərtə uyğun olaraq aparılan işlərlə əlaqədardır.

Məlumata görə, su təchizatının oktyabrın 21-də səhər saatlarında əvvəlki rejimə qaytarılması nəzərdə tutulub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir