Bərdə rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xəbər Yerində Oxu.Az-a istinadən xəbər verir ki, qəza rayonun Kələntərli kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, rayon sakini Mənsur Əliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil hərəkətdə olarkən yolda eşşək qoşulmuş araba ilə toqquşub.
Arabada olan şəxs həyatını itirib
Toqquşma nəticəsində arabada olan kənd sakini Arif Babaşov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

