Cinsi istismara məruz qalan azyaşlının ölümü kütləvi iğtişaşlara səbəb oldu

Cinsi istismara məruz qalan azyaşlının ölümü kütləvi iğtişaşlara səbəb oldu

Hindistanda dəhşətli hadisə: Azyaşlının qətli kütləvi iğtişaşlara səbəb oldu

Hindistanın Qərbi Benqal ştatında 11-12 yaşlı qız uşağının cinsi zorakılığa məruz qaldıqdan sonra qətlə yetirilməsi böyük ictimai qəzəbə səbəb olub.

Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, Baruipur şəhərində şənbə günü itkin düşdüyü bildirilən azyaşlının meyiti sonradan göldə aşkarlanıb.

Hadisənin cinsi zorakılıqdan sonra törədilən qətl olduğu müəyyənləşdikdən sonra yerli sakinlər küçələrə axışıb. Qəzəbli kütlə bir sıra iş yerlərinə və dəmir yolu infrastrukturuna ziyan vurub. Bundan başqa, cinayəti törətdiyindən şübhələndikləri bir nəfəri döyərək öldürüblər.

Baruipur Polis İdarəsinin rəsmisi Hindistanın PTI agentliyinə bildirib ki, polis avtomobillərinə hücum edən və dövlət əmlakına ziyan vuran şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı 35 nəfər saxlanılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə ilə bağlı iki ayrı istintaq aparılır. Bunlardan biri azyaşlının qətli və cinsi zorakılıq faktı, digəri isə etiraz aksiyaları zamanı baş verən iğtişaşlar, bir nəfərin linç edilməsi və polis əməkdaşlarına hücumlarla bağlıdır.

İndiyədək qız uşağına qarşı cinsi zorakılıq və qətl işi üzrə 4 nəfər saxlanılıb. Şübhəlilərdən biri isə çərşənbə axşamı gecəsi hadisə yerində aparılan istintaq zamanı polis əməkdaşının silahını ələ keçirərək qaçmağa cəhd edib. Nəticədə baş verən atışma zamanı o öldürülüb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir