“Forbes” jurnalı 2026/2027 mövsümündə dünyanın ən çox qazanan 10 futbolçusunun reytinqini açıqlayıb.
Xəbər Yerində İdman.Biz-ə istinadən xəbər verir ki, siyahı hazırlanarkən futbolçuların klublarından əldə etdikləri gəlirlər, eləcə də reklam müqavilələri və digər kommersiya fəaliyyətlərindən qazandıqları vəsaitlər nəzərə alınıb.
Reytinqə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı ulduz Kriştiano Ronaldu başçılıq edir. Onun 2026/2027 mövsümündə ümumi gəlirinin 300 milyon dollar olacağı proqnozlaşdırılır. Bu məbləğin 250 milyon dolları klubdan əldə edilən gəlirlərin, 50 milyon dolları isə digər fəaliyyətlərin payına düşür.
İkinci pillədə ABŞ-nin “İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi qərarlaşıb. Onun mövsüm üzrə gəlirinin 145 milyon dollar olacağı gözlənilir. Messinin 70 milyon dolları klubdan, 75 milyon dolları isə futboldan kənar fəaliyyətlərdən qazanacağı bildirilir.
İlk üçlüyü İspaniyanın “Real Madrid” klubunun fransalı hücumçusu Kilian Mbappe tamamlayır. Onun ümumi gəlirinin 100 milyon dollar olacağı proqnozlaşdırılır.
2026/2027 mövsümündə ən çox qazanan 10 futbolçu
- Kriştiano Ronaldu (“Əl-Nəsr”) – 300 milyon dollar
- Lionel Messi (“İnter Mayami”) – 145 milyon dollar
- Kilian Mbappe (“Real Madrid”) – 100 milyon dollar
- Erlinq Holand (“Mançester Siti”) – 85 milyon dollar
- Vinisius Junior (“Real Madrid”) – 76 milyon dollar
- Lamin Yamal (“Barselona”) – 55 milyon dollar
- Sadio Mane (“Əl-Nəsr”) – 54 milyon dollar
- Cud Bellinqem (“Real Madrid”) – 45 milyon dollar
- Harri Keyn (“Bavariya”) – 42 milyon dollar
- Məhəmməd Salah (“Trabzonspor”) – 40 milyon dollar
Qeyd edək ki, siyahıda göstərilən məbləğlər futbolçuların klub gəlirləri və futboldan kənar fəaliyyətlərindən əldə etdikləri vəsaitlərin ümumi proqnozunu əks etdirir.

