“Feyenoord” avrokuboklarda antirekordunu yenilədi

“Feyenoord” avrokuboklarda antirekordunu yenilədi

Niderlandın “Feyenoord” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda İspaniyada “Betis”ə 0:1 hesabı ilə məğlub olub.

Xəbər Yerində xəbər verir ki, “Report” UEFA-nın rəsmi saytına istinadən məlumat yayıb.

Bu nəticə ilə Rotterdam təmsilçisi avrokuboklarda ardıcıl səkkizinci səfər məğlubiyyətini alıb. Beləliklə, komanda 2008–2014-cü illərdə qeydə alınan antirekordunu yeniləyib.

Görüşdə yeganə qol 59-cu dəqiqədə vurulub. “Betis”in kapitanı İsko penaltini dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb.

Qeyd edək ki, “Feyenoord” üç turdan sonra 3 xal toplayıb. Niderland klubu ilk turda səfərdə “Barselona”ya 1:5 hesabı ilə uduzub, ikinci turda isə doğma meydanda İtaliyanın “Komo” komandasını 3:2 hesabı ilə məğlub edib.

Rotterdam təmsilçisi növbəti oyununu noyabrın 3-də evdə İtaliyanın “İnter” klubuna qarşı keçirəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir