FHN-də kadr dəyişikliyi – FOTO

FHN-də kadr dəyişikliyi – FOTO

Polkovnik-leytenant Ramin Orucov Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin rəisi təyin edilib.

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Ramin Orucov bu təyinatadək nazirliyin Aran Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.

Nazirin digər əmri ilə Gəncə Regional Mərkəzinin əvvəlki rəisi Rövşən Nəbiyev Qəbələ Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir